Rusiya XİN İsveçdə Rusiya gəmisinin saxlanılması ilə bağlı şərh verib...

...SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsveçdə Rusiyaya məxsus Adler konteyner gəmisinin saxlanılması ilə bağlı şərh verib.

Zaxarova brifinq zamanı Rusiya gəmisinin saxlanılmasının beynəlxalq hüququn pozulması olduğunu bildirib.

O əlavə edib ki, Rusiya İsveçdən vəziyyəti gərginləşdirməyəcək "məsuliyyətli yanaşma" gözlədiyini bildirib.

...İsveç hakimiyyətinin hərəkətləri bir sıra beynəlxalq dəniz hüququ normalarını pozur. Stokholmun gələcəkdə məsuliyyətli yanaşma nümayiş etdirəcəyini və regionda gərginliyi artıra biləcək hərəkətlərdən çəkinəcəyini gözləyirik. Bu hərəkətlərin ekipajın işinə açıq şəkildə mane olduğunu, gəminin marşrutuna mane olduğunu və ümumiyyətlə beynəlxalq hüquqa zidd olduğunu nəzərə alsaq, üzr istəmək məqsədəuyğun olardı, - deyə o bildirib.

Qyd edək ki, Rusiyanın Adler konteyner gəmisi İsveçdə saxlanılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə