Avropa Milad bayramını müharibəsiz qeyd edə bilər, lakin bəzi siyasətçilərin qitəni Rusiya ilə birbaşa qarşıdurmaya sürükləmək istəyi səbəbindən müharibə təhlükəsi hələ də tam aradan qalxmayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban TV2 telekanalının efirində səsləndirib.
Baş nazir bildirib: “Milad müharibəsiz olacaq, lakin müharibə təhlükəsi hələ də qalmaqdadır”. O, Avropada Rusiya ilə müharibəyə hazırlıqların “bağlı qapılar arxasında aparıldığını” vurğulayıb və bunun sübutu kimi 18–19 dekabr tarixlərində Brüsseldə keçirilən Avropa İttifaqının son sammitinin nəticələrini göstərib.
Onun sözlərinə görə, Macarıstan, Slovakiya və Çexiya istisna olmaqla, sammit iştirakçıları Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlarını maliyyələşdirmək məqsədilə iki il müddətinə 90 milyard avro məbləğində faizsiz kredit ayrılmasına razılıq veriblər.
Orban hesab edir ki, bu qərar Ukrayna münaqişəsini daha da gərginləşdirəcək və Aİ ölkələri ilə Rusiya arasında birbaşa toqquşma riskini artıracaq. Baş nazir qeyd edib: “Biz müharibəyə o qədər yaxınıq ki, Macarıstan ictimaiyyəti bunu təsəvvür belə edə bilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB