Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Donetsk vilayəti və Krım ərazilərində bir neçə Rusiya hərbi hədəfinə zərbə endirib.
SİA xəbər verir ki, Charter97.org bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə istinadən məlumat verib.
Hücumlar üçün FP-2 hücum dronlarından istifadə edildiyi qeyd olunur.
Xüsusilə, Krımda, Yantarne kəndi yaxınlığında, Ukrayna dronları Rusiya ordusu üçün hərəkətdə olan yanacaq və sürtkü yağları daşıyan qatarı vurub.
Batumino kəndi yaxınlığındakı neft anbarına da zərbə endirilib.
Bundan əlavə, Donetsk vilayətinin Maryanivka şəhərində Xüsusi Əməliyyat Qüvvələri Volna-2 elektron müharibə stansiyasına və Dokuçayevsk yaxınlığında FPV dron operatorları üçün təlim mərkəzinə zərbə endirib.
Video başlığında deyilir: "Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusunun hücum imkanlarını sarsıtmaq üçün asimmetrik hərəkətlər etməyə davam edir".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB