Putin Rusiyadakı miqrant işçilərlə bağlı vəziyyətə münasibət bildirdi...

...SİA-nın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin “Nomad TV”-də bildirib ki, Rusiyaya gələn miqrant işçilər Rusiya mühitində yaşamağa hazır olmalıdırlar.

Rusiya liderinin qeyd etdiyi kimi, əsas vəzifə ruslar arasında miqrant məsələsi ilə bağlı qıcıqlanma səbəblərini aradan qaldırmaqdır.

...Başqa bir sahədə humanitar məsələlər var və onlar hamıya məlumdur - bunlar miqrasiya məsələləridir. Burada Rusiya Federasiyası vətəndaşları üçün hər şeyin qaydasında olmasını təmin etməliyik ki, bu məsələ ətrafında baş verən hər şey qıcıqlanmaya səbəb olmasın. Lakin bunun baş verməsi üçün burada işləmək istəyən Qırğızıstan vətəndaşları da Rusiya mühitində yaşamağa hazır olmalıdırlar.

Bunu rusiyalı dövlət başçısı bildirib.

...Rusiya və Qırğızıstan arasında miqrasiya sahəsində əməkdaşlıq barədə şərh verən Putin qeyd edib ki, ortaya çıxan problemləri effektiv şəkildə həll etmək üçün geniş və davamlı birgə iş aparılmalıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə