Rusiyanın bir bölgəsində hərbi polis zabiti güllələnib.

...SİA xəbər verir ki, Telegram kanalının "112"-yə istinadən verdiyi məlumata görə, Trans-Baykal ərazisində hərbi polis zabiti güllələnib.

Mənbənin məlumatına görə, atışma Borzya şəhərindəki binanın həyətində baş verib.

Zərərçəkən və dostları binadan çıxarkən silah səsi eşidilib. Atıcı maşınla qaçıb. Cinayət işi açılıb.

Motiv araşdırılır.

Əvvəllər bildirilirdi ki, Moskvada keçmiş təhlükəsizlik işçilərindən ibarət dəstənin təşkilatçısı olan keçmiş hərbçi Pavel Xristevin işinə münsiflər heyətinin məhkəməsi keçiriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə