Keşiş yeni duaların yaranmasına səbəb olan iki amili müəyyən edib...

...Rus Pravoslav Kilsəsini (ROC) təmsil edən keşiş Staxiy Kolotvin kilsənin abort etməyi düşünən qadınlar üçün xüsusi bir dua yaratmaq niyyətini açıqlayıb. O, mövcud sosial məsələlər və problemlər barədə dua ilə düşünməyin vacibliyini qeyd edib.

Kolotvin həmçinin yeni müqəddəslərin müqəddəsləşdirilməsinin və onların ikonalarının yaradılmasının dua mərasimləri də daxil olmaqla yeni liturgiya mətnlərinin inkişafına töhfə verdiyini vurğulayıb.

SİA-nın məlumatına görə, life.ru saytına verdiyi müsahibədə keşiş möminlərin öz dualarını yazma təcrübəsinə dəstək ifadə edib.

O qeyd edib ki, bu cür duaların yaradılması prosesi hər bir mömin üçün əlçatandır.

Bu cür dualar yalnız şəxsi istifadə üçün deyil, həm də başqalarına ilham verə bilər.

Kolotvin möminləri dualarının kilsə icmasının üzvləri üçün faydalı ola biləcəyinə inanırlarsa, dualarını liturgiya komissiyasına təqdim etməkdən çəkinməməyə çağırıb.

Lakin keşiş həmçinin şəxsi duaların Kilsə tərəfindən təklif olunan mətnlərə əsaslanmasının vacibliyini vurğuladı. Bu mətnlər bir rəhbər rolunu oynayır və şəxsi dualar yaratarkən onlardan yayınmamalıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə