Baltikyanı ölkələrin Rusiya ilə münaqişə planı üzə çıxıb...

...Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva Rusiyanın ehtimal edilən hücumu halında yüz minlərlə insanı təxliyə etməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

...Rusiyanın böyük hərbi xərclərindən təşvişə düşən üç Baltikyanı dövlət, Rusiya qoşunlarının yığılması və ya hücumu halında yüz minlərlə insanın məcburi köçkünlüyünü nəzərə almaq üçün fövqəladə planlar hazırlayır, - jurnalistlər yazır.

Bildirilir ki, Estoniya, Latviya və Litva uzun müddətdir ki, NATO-nun digər dövlətlərinə "Rusiyanın təcavüzü" ilə bağlı narahatlıqlarını bildiriblər və bunun mümkün olduğuna inanırlar.

Bundan əvvəl Litva Rusiyanın Ukraynaya hərbi zərbəsindən sonra Rusiyaya etirazını bildirmişdi.

Vilnüs Rusiyanın müvəqqəti işlər vəkili Aleksandr Elkinə etiraz notası təqdim edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə