“Ağlını itirmiş” kişi öz uşağını pəncərədən atıb...

Ufada "ağlını itirmiş" kişi öz qızına qarşı qətliam törədib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 34 yaşlı Andrey Andreev 3 yaşlı qızı ilə evdə tək qalıb, anası isə müalicə üçün böyük oğlu ilə Kalininqradda sanatoriyaya gedib.

...Və kişi valideynlik borcunu yerinə yetirə bilməyib.

O, aqressiya halında əvvəlcə dördüncü mərtəbədəki mənzilin pəncərəsindən əşyaları küçəyə atmağa başlayıb və sonra uşağı da onların arxasınca çölə atıb.

Qız ağır xəsarətlərlə 17 saylı xəstəxanaya çatdırılıb və hazırda reanimasiyadadır.

O, iki saatlıq əməliyyat olunub və vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Andreev saxlanılıb və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

O, həbs olunan zaman ayıq, lakin ola bilsin ki, qanunsuz maddələrin təsiri altında olub.

Andreev elektrik işləyirdi, həyat yoldaşı isə kollecdə ingilis dili müəllimi idi.

İndi qadın və oğlu təcili olaraq Ufaya uçur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə