İsrail ordusu Qətərin paytaxtında HƏMAS liderlərini vurub

Dohada güclü partlayış səsləri eşidilir.

...AFP xəbər verir ki, Qətərin paytaxtı Dohada partlayışlar və tüstü müşahidə edilib. “Times of Israel” xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi bunun İsrailin HƏMAS-ın yüksək rütbəli rəsmilərinə hücumu olduğunu bildirib.

SİA-nın məlumatına görə, bu barədə Axios-un jurnalisti Barak David də öz Facebook səhifəsində yazıb.

...İsrail rəsmisi mənə Dohadakı partlayışın HƏMAS rəsmilərinə qarşı növbəti sui-qəsd olduğunu söylədi. Bir müddət sonra İsrail ordusunun HƏMAS liderlərini hədəf aldığını təsdiqləyib.

...İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti HƏMAS terror təşkilatının yüksək rəhbərliyinə dəqiq zərbə endiriblər, - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Hərbçilər qeyd ediblər ki, HƏMAS rəhbərliyinin yuxarıda adı çəkilən üzvləri terror təşkilatının əməliyyatlarını idarə ediblər, 2023-cü il oktyabrın 7-də törədilən vəhşi qırğına görə bilavasitə məsuliyyət daşıyıblar və İsrailə qarşı müharibəni koordinasiya edib istiqamətləndiriblər.

İsrail Müdafiə Qüvvələri həmçinin əmin edib ki, hücumdan əvvəl “dəqiq silahlardan və əlavə kəşfiyyat məlumatlarından istifadə də daxil olmaqla, mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə