Moskvada taekvondo üzrə dünya çempionu həbs edilib

Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ cinayətkar qruplaşmanın tərkibində dələduzluq işi üzrə saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb.

“(...) polis idarələrindən birinin keçmiş əməliyyatçıları və taekvondo üzrə dünya çempionu Emin Çətinbağ da daxil olmaqla, cinayətkar qrupun 6 üzvünə qarşı cinayət işi araşdırılır”, - nəşr yazır.

İstintaqın məlumatına görə, cinayətkar qrupun təşkilatçısı Emin Çetinbağ və polis əməkdaşlarını kriptovalyuta ilə əlaqəli şəxslərə qarşı dələduzluq sxemlərinə cəlb edib.

Dünya taekvondo çempionu görüşlər təyin edib və qurbanların məlumatlarını tərəfdaşlarına təqdim edib.

Daha sonra cinayətkar dəstənin üzvləri özlərini təhlükəsizlik işçisi kimi təqdim edərək, saxta ittihamlar, o cümlədən terrorçuluqda iştirakla bağlı ittihamlar irəli sürərək pul tələb ediblər.

Nəticədə cinayətkar qrupun beş üzvünə qarşı cinayət işi açılaraq həbs edilib.

Hadisə ilə bağlı daha bir şəxs axtarışa verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə