Avqustun 9-da səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin pilotsuz təyyarələri istifadəyə hazır “Şahedlər”in və onlar üçün xarici komponentlərin saxlandığı logistika qovşağına düşüb.
SİA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti Telegram-da məlumat yayıb.
Qeyd olunur ki, dron anbarı Tatarıstan Respublikasının Qızıl-Yul kəndində yerləşir. Ukraynadan dağıntı nöqtəsinə qədər olan məsafə təxminən 1300 kilometrdir.
...Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyat Mərkəzinin pilotsuz uçan aparatı logistika qovşağının binasına düşüb. Partlayışdan sonra yanğın başlayıb", - məlumatda deyilir.
Ukrayna Təhlükəsizlik Xidməti əlavə edib ki, onlar düşmən arxa cəbhəsinin dərinliklərində Rusiya hərbi obyektlərinin demilitarizasiyası istiqamətində ardıcıl işi davam etdirirlər. “Şahidlər”in saxlandığı anbarlar qanuni hərbi hədəflərdən biridir və hər bir belə xüsusi əməliyyat işğalçı ölkə Rusiyanın müharibəni davam etdirmək imkanlarını azaldır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə