Böyük Britaniya hökuməti növbəti ümumi seçkilərdə səsvermə yaşının 18-dən 16-ya endiriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya hökuməti demokratiyanın modernləşdirilməsinə yönəlmiş dəyişikliklər çərçivəsində ölkədə keçiriləcək bütün seçkilərdə 16 yaşlı gənclərə səsvermə hüququ veriləcəyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, bu, artıq işləməklə, vergi ödəməklə, hərbi xidmətdə olmaqla cəmiyyətə töhfə verən gənclərə onları narahat edən məsələlərdə səsvermə hüququ verəcək. Bəyanatda həmçinin qeyd olunub ki, bu plan dəyişən dünyada demokratik iştirakı artıracaq və Britaniya demokratiyasına inamı bərpa etməyə kömək edəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə