...Rusiya Federasiyası Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaqlıq məsələləri üzrə komitəsinin rəhbəri Nina Ostanina Leninqrad vilayətinin Koltuşi şəhərinin meri Eduard Çirkoya 31 uşaq dünyaya gətirdiyinə görə “Qəhrəman ata” adının verilməsinin düzgünlüyünü şübhə altına alıb.
SİA-nın məlumatına görə, bu barədə “Podyom” məlumat yayıb.
Qadın siyasətçi öz nöqteyi-nəzərini onunla əsaslandırıb ki, onun fikrincə, kişi müxtəlif qadınlardan doğulan bu qədər sayda uşağa fiziki olaraq lazımi diqqət yetirmək iqtidarında deyil.
Qeyd olunur ki, yerli səviyyədə Çirkoya “Qəhrəman ata” adı verilib.
Ostanina görə, Çirkonun hekayəsi “atalıq haqqında” deyil, əxlaqsızlıq və ənənəvi ailə institutuna zərbədir.
…Mənim üçün o, anti-qəhrəman və anti-nümunədir, - deyən parlamentari “bədxahlığı” və “şəhvəti” təşviq etməyin yolverilməzliyinə işarə edib.
…Statistikanın arxasınca getməyək. Əgər bu şəkildə, məni bağışlayın, statistikanı artırmaq üçün kişilər dövrəyə göndərilirsə, demoqrafik problemlərin həllinə bu düzgün yanaşma deyil, - deyə Ostanina yekunlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə