Belarus rusun daha bir brendindən “otkaz” eləyir..?

Ədviyyatda E.coli bakteriyası aşkar edilib.
Belarus rusun daha bir brendindən “otkaz” eləyir..?

...“Magiya Vostoka” brendinin “kəskin olmayan Koreya yerkökü üçün ədviyyat” Belarusda təhlükəli məhsullar siyahısına daxil edilib.

SİA-nın məlumatına görə, Belarus Dövlət Standartı mayın 22-dən Belarusda satışını qadağan edib və o da dövriyyədən çıxarılmaqdadır.

Qeyd edək ki, ədviyyat Moskvada yerləşən PC ARIKON-PRO MMC tərəfindən istehsal olunur.

Məhsul təhlükəsizlik testindən keçə bilməyib: onun tərkibində koliform bakteriyalar və sulfiti azaldan klostridiya tapılıb.

Nə demək olar, əgər Belarus tərəfi belə deyirsə...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə