Qlobal istiləşmə Sibirin yaşıllaşmasına səbəb olacaq...

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, tropik bölgələr qurumaq üzrədir və əksinə, Sibirdə bitki örtüyü çiçəklənə bilər.

SİA-nın məlumatına görə, bu nəticələr Nature Climate Change jurnalında dərc olunub.

...Hətta temperaturun 1,5 dərəcə cüzi artımı iqlim təhlükəsini ifadə edir.

Amazon tropik meşələrinin savannaya çevrilməyə başlayacağı proqnozlaşdırılır.

Mütəxəssislər bu prosesin cari əsrin sonlarında başlayacağını irəli sürürlər. Orta temperatur 2,7 dərəcə yüksələrsə, bölgənin tamamilə yox olması iki yüz il ərzində baş verəcək.

Eyni zamanda, Sibir tayqası aktiv böyümə və inkişaf üçün əlverişli şərait əldə edəcəkdir.

Artıq iqlim dəyişikliklərinin müşahidə olunduğu vurğulanır. Əsas səbəbin istixana qazları emissiyaları olduğu bildirilir. Gələcək istiləşmənin dəqiq miqyası qeyri-müəyyən olaraq qalır və hadisələrin inkişafı üçün müxtəlif ssenarilərin hazırlanmasını zəruri edir.

Gələcəkdə Sibirin yaşıllıqların sahəsinin genişlənməsinə və artmasına meyl göstərəcəyi gözlənilir.

Tropik zonalar isə ciddi problemlərlə üzləşəcək: onlar yığılmış karbonu itirməyə başlayacaq və quraqlığa məruz qalacaqlar.

...Ən pis ssenaridə Amazon 2300-cü ilə qədər tamamilə yox ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə