Tramp siyasəti ABŞ-ın turizm gəlirinə də kölgə salır..?

Donald Trampın siyasəti Amerika turizm sənayesinin gəlirlərinə mənfi təsir göstərir. Ümumdünya Səyahət və Turizm Şurası (WTTC) hesab edir ki, ABŞ beynəlxalq ziyarətçilərin sayının azalması səbəbindən təxminən 12,5 milyard dollar itirmək riski ilə üzləşə bilər.

Bu məbləğ gəlirlərin 217,4 milyard dollar təşkil etdiyi 2019-cu ilin rekord göstəricisindən geriləməni əks etdirir.

Səbəb hökumətin əcnəbilərə qarşı sərt münasibəti, sərhəddə nəzarətin gücləndirilməsi, uzun müddət saxlanılması və viza almaqda çətinliklərdir.

Bu vəziyyət xüsusilə qonşu Kanada və Meksikadan gələn potensial ziyarətçiləri ruhdan salır.

SİA-nın məlumatına görə, ziyarətlərin azalması ABŞ iqtisadiyyatının ən böyük sənayelərindən birini təhdid edir, çünki hər bir beynəlxalq turist orta hesabla təxminən 4000 dollar gəlir gətirir ki, bu da daxili xərcləri xeyli üstələyir. Beləliklə, hakimiyyətin düşünülməmiş addımları ciddi maliyyə nəticələri ilə təhdid edir.

Qeyd edək ki, ötən il Rusiya daxili turizmi ABŞ iqtisadiyyatına 2,36 trilyon dollar töhfə versə də, bu məbləğin yalnız 10 faizi xaricdən gələn ziyarətçilərin payına düşüb. Ölkə 2024-cü ildə 72,4 milyon beynəlxalq turisti qəbul edib ki, bu da 2019-cu illə müqayisədə 7 milyon azdır və bu ilin mart ayında Kanada, Böyük Britaniya və Cənubi Koreyanın əsas istiqamətlərindən olan uçuşların sayı kəskin azalıb. Analitiklər deyirlər ki, beynəlxalq turizmə diqqətin olmaması Amerika iqtisadiyyatının real artım potensialını məhdudlaşdırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə