İsveçrə Kreml təbliğatçılarına qarşı sanksiyalar elan edib

Siyahıya səkkiz Rusiya KİV-i daxil edilib...

...İsveçrə hökuməti Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulub.

Belə ki, Rusiyanın 8 media orqanına məhdudiyyətlər qoyulub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna İsveçrənin federal hakimiyyət orqanlarına istinadən bildirib.

Qeyd olunur ki, İqtisadi Məsələlər üzrə Federal İdarə (EAER) 17 dekabr 2025-ci il tarixdə Ukraynadakı vəziyyətlə bağlı tədbirlər haqqında Fərmanın 8 və 25 nömrəli əlavələrində dəyişiklik edib.

Bu dəyişikliklər informasiya məkanında fəaliyyət göstərən səkkiz qurumun 25-ci əlavəyə daxil edilməsini nəzərdə tutur.

Hazırda barəsində məhdudiyyət qoyulan KİV-lərin adları göstərilmir.

Əlavə 8-də sanksiya tətbiq edilmiş 158 fiziki və hüquqi şəxsə dair qeydlər də yenilənib.

Məhdudlaşdırıcı tədbirlər 23 aprel 2025-ci il tarixindən qüvvəyə minir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə