Rusiyadan pul köçürmələrinə məhdudiyyətlər uzadılıb

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri altı ay uzadıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Köçürmələrə məhdudiyyətlər 2025-ci il aprelin 1-dən sentyabrın 30-dək qüvvədə olacaq.

Ölkə vətəndaşları və dost ölkələrdən olan qeyri-rezident fiziki şəxslər ayda bir milyon ABŞ dollarından və ya digər xarici valyutada ekvivalentindən artıq olmayan məbləğdə pul köçürə biləcəklər.

Pul köçürmə sistemləri ilə əməliyyatların limiti əməliyyatın aparıldığı tarixə rəsmi məzənnə ilə 10 min ABŞ dolları və ya digər xarici valyutada ekvivalenti qədər olacaq.

Rusiyada işləyən dost və dost olmayan ölkələrdən olan qeyri-rezidentlər əmək haqqı məbləğində xaricə pul köçürə bilərlər. Eyni zamanda, Rusiya hüquqi və ya fiziki şəxslərinin nəzarətində olan xarici şirkətlər istisna olmaqla, Rusiyada işləməyən fiziki və hüquqi şəxslərin köçürmələri tamamilə qadağan ediləcək.

...Qeyri-dost ölkələrin bankları, ödəyici və alıcının xarici banklarda hesabları açılarsa, Rusiya kredit təşkilatlarında açılmış müxbir hesablardan istifadə edərək rublla vəsait köçürə bilər.

Bunu Mərkəzi Bank əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə