“Rusiyanın tükənmiş qoşunları dayanıb..?”

Ukraynalılar Donbassda əks-hücuma keçiblər..?

...Ukrayna qüvvələri Donetsk vilayətinin şərqində Rusiyanın irəliləyişini dayandırmağa nail olub və tədricən kiçik əraziləri geri almağa başlayıb.

SİA-nın məlumatına görə, bunu “The New York Times” ukraynalı hərbi rəsmilərə və analitiklərə istinadən yazır. Rusiya təşəbbüsü saxlamağa çalışıb, şərq cəbhəsində hər gün onlarla hücum təşkil etsə də, amma qoşunları xeyli tükənib. 15 aydan çox davam edən fəal hücum texnika və işçi qüvvəsinin itkisinə səbəb olub.

...Və Ukrayna ordusu da bu şəraitdən öz xeyrinə istifadə edir.

...Son aylarda Rusiyanın Donetskdəki hücum cəhdləri pis hava şəraiti, rus qoşunlarının tükənməsi və Ukraynanın Rusiya qüvvələrinin döyüş tərzinə effektiv uyğunlaşması səbəbindən dayanıb.

Bunu Vaşinqtondakı Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Maykl Kofman deyib.

Onun sözlərinə görə, cəbhənin tam sabitləşməsindən danışmaq hələ tez olsa da, Ukraynanın resursların çatışmazlığını kompensasiya etmək üçün istifadə etdiyi yeniliklər sayəsində vəziyyət xeyli yaxşılaşıb.

...Ukrayna əsgərləri xüsusilə ABŞ-ın hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsi dayandırıldığı bir vaxtda Rusiya qüvvələrinin yenidən toplanacağını və hücumlarını gücləndirəcəyini gözləyir.

Bu, təbii ki, hərbi əməliyyatların gedişinə ciddi təsir göstərə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə