ABŞ dövlət katibi Marko Rubio alnında xaç işarəsi ilə “Fox News” televiziya kanalının canlı yayımına qatılıb. SİA xəbər verir ki, o, yayımda Rusiya-Ukrayna müharibəsini və Qəzzada baş verənləri qiymətləndirib. Rubionun canlı yayımda xaç işarəsindən istifadə etməsi böyük reaksiyaya səbəb olub. Məlum olub ki, işarə katolik inancında “kül çərşənbəsi” ənənəsinin bir hissəsidir. Belə ki, alnına küldən xaç çəkmək orucluq dövrünün başlanğıcını simvollaşdırır.
Qeyd edək ki, Tramp administrasiyasının yeni dövrdə dini simvolları ön plana çıxarmağa çalışdığı bildirilir. ABŞ Prezidenti Ağ Evdə ilk kabinet iclasına da dua ilə başlayıb. Bu maraqlı görüntü də seçki kampaniyası zamanı kameralara düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə