Ankarada saxta spirtli içki içən insanlar ölməkdə davam edir

...Türkiyənin Ankara şəhərində saxta spirtli içkidən ölənlərin sayı 81-ə çatıb.

TRT xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində 36 nəfər saxlanılıb.

SİA-nın məlumatına görə, fevralın ortalarında saxta spirtli içkilərə görə 60-a yaxın ölüm faktı qeydə alınıb.

Belə ağır nəticələrə səbəb olan bu cinayətlə bağlı Ankara Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Hazırda 36 şübhəli nəzarətə götürülüb, daha 41 təqsirləndirilən şəxs isə məhkəmənin nəzarəti altında sərbəst buraxılıb.

TASS yazır ki, Rusiyanın Ankaradakı səfirliyi daha əvvəl bildirmişdi ki, Rusiya vətəndaşlarından heç bir sorğu və ya Türkiyə hakimiyyət orqanlarından Türkiyə paytaxtında qeyri-qanuni spirtli içkilərdən əziyyət çəkən ruslar haqqında məlumat almayıb.

Bundan əvvəl İstanbulda kütləvi metanol zəhərlənməsi qeydə alınıb, o zaman mediada 70 nəfərin öldüyü bildirilirdi.

Bu halların əksəriyyəti Türkmənistan və Özbəkistandan olan insanların yaşadığı ərazidə baş verib.

Türkiyə hakimiyyəti spirtli içkilərin istehsalı və satışına nəzarəti gücləndirib, bir neçə on minlərlə litr saxta məhsul ələ keçirilib.

...Çinin Şansi əyalətində bir gün əvvəl 90 yaşlı qohumunu dəfn edən 4 kişi yuxudan oyanmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə