...Sərxoş britaniyalı deputat küçədə seçiciyə yumruq vurub və sonunda dəmir barmaqlıqlar arxasına düşüb.
SİA-nın məlumatına görə, bu barədə AP News yazır.
2024-cü il oktyabrın 26-da səhər saatlarında 55 yaşlı deputat Mayk Amesberi polis və ictimai təhlükəsizliklə bağlı görüş üçün gəldiyi İngiltərənin şimal-qərbindəki kiçik bir şəhər olan Frodshamda taksi dayanacağına gedirmiş. Bu zaman yerli sakin, 45 yaşlı Paul Fellous ona yaxınlaşaraq bağlı körpüdən şikayət edib.
CCTV görüntülərində Amesberi-nin Fellous-un üzünə yumruq vurması və onun səkiyə yıxılması görünür.
Daha sonra deputat adamın üzərində dayanıb və ətrafdakıların müdaxilə etməsinə qədər onu ən azı beş dəfə vurub.
...Daha deputatınızı təhdid etməyəcəksiniz, hə? .
Amesberi söyüş söyərək, sonra adamı "yumşaq" adlandırıb.
Hakimin sözlərinə görə, hər iki şəxs hadisədən əvvəl sərxoş olub.
Amesberi 10 həftəlik həbs cəzasına məhkum edilib. O, 2019-cu ildən bəri həbs edilən ilk deputatdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə