Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə ölkəsi ilə fəxr etdiyini bildirib.
SİA-nın məlumatına görə, bu barədə Volodimir Zelenski rəsmi internet səhifəsində paylaşım edib.
"3 illik müqavimət, 3 illik minnətdarlıq. Ukraynanıların 3 illik qəhrəmanlığı. Mən Ukrayna ilə fəxr edirəm. Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm. Ukrayna üçün çalışan hər kəsə. Vətən yolunda canlarından keçən hər kəsin xatirəsini ehtiramla yad edirəm'',-deyə Volodimir Zelenski paylaşımında vurğulayıb.
Ukraynanı dəstəkləyən liderlər Rusiyanın başlatdığı müharibənin 3-cü ildönümü münasibətilə paytaxt Kiyevə səfər edib.
İclasa 13 xarici lider qatılacaq və 24 lider də onlayn qaydada qoşulacaq.
Məlumata əsasən, Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Latviya Prezidenti Edqars Rinkeviç, İspaniyanın Baş naziri Pedro Sançes və Litva Prezidenti Gitanas Nauseda iclasla bağlı səhər saatlarında Kiyevə səfər ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə