Ukraynadakı münaqişənin həlli üçün bütün tərəflər güzəştə getməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğvi ilə bağlı suala belə cavab verib.
…Bu münaqişə nəticəsində Ukraynada tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır.
Diplomat bildirib ki, Avropa İttifaqı da nə vaxtsa danışıqlar masasına oturmalı olacaq, çünki blok Rusiyaya qarşı da sanksiyalar tətbiq edib.
Rubio daha əvvəl Ukraynadakı münaqişənin həlli üçün zəruri şərtlərin adını çəkmişdi. O vurğulayıb ki, sülhə nail olmaq mürəkkəb və gərgin diplomatiya tələb edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə