İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir.
SİA-nın məlumatına görə, tədbir Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil edilir.
Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın sədrliyi ilə keçirilən açılış mərasimində Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Xarici Əlaqələr komitələrinin sədrləri və nümayəndələri, eləcə də digər türk təşkilatlarının rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Fuat Oktay Türk dünyasının 175 milyonluq gənc və dinamik əhaliyə sahib olduğunu deyib.
Bildirilib ki, türkdilli ölkələrin qlobal səviyyədə ticarət həcmi 1,3 trilyon dollar olduğu halda, qarşılıqlı ticarət rəqəmi 42 milyard ABŞ dolları təşkil edir.
Oktay deyib ki, Azərbaycanın öz vətənini erməni işğalından azad etməsi nəticəsində Cənubi Qafqazda yaranmış tarixi fürsət regionda daimi sülhün, sabitliyin və rifahın təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Oktay Suriyanın sabitliyi və ərazi bütövlüyü üçün yeni Dəməşq rəhbərliyinə dəstək verilməsi və sanksiyalara son qoyulmasına çağırıb.
Oktay Qəzza xalqı üçün verilən bəyanatların qəbuledilməz olduğunu bildirərək, “Fələstinlilərin öz vətənlərindən üçüncü ölkələrə deportasiya edilməsinə yönəlik bəyanatları və cəhdləri qətiyyətlə rədd edirik” deyib.
Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən təmsil olunur.
Açılış mərasimində çıxış edən Səməd Seyidov belə yüksəksəviyyəli görüşlərin ortaq maraqların qorunması, beynəlxalq arenada daha güclü təmsilçilik və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu vacib təşəbbüsün ideya müəllifinin Azərbaycan Prezidenti İlham Əliyev olduğunu, dövlət başçısının Türk dünyasının həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın yeni səviyyəyə qaldırılması istiqamətində strateji addımlar ataraq, bu formatın yaranmasına xüsusi önəm verdiyini deyib.
Digər çıxışçılardan sonra tədbir qapalı şəraitdə davam edib.
İki gün davam edəcək görüşlərdə qlobal və regional mövzular ilə yanaşı, Türk Dünyası və parlament diplomatiyası məsələləri də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakının Azadlıq prospektində daha bir mikromobillik zolağı təşkil olunub
İqtisadiyyat 16:43"Mərkəzi Asiya + Azərbaycan" sammiti - RAKURS
Siyasət 16:39Ali Məhkəmədə yeni təyin olunmuş hakimlər and içiblər
Siyasət 16:17Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 16:15Səhv düşəndə yerimiz - BAXIŞ BUCAĞI
Siyasət 16:08Mərdəkanın gözəlliyinə xələl gətirənlər
Sosial 15:34Babək rayonunda üçəm dünyaya gəlib
Sosial 15:05Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
Siyasət 14:04“Türk dövlətlərinin birliyi tarixi tələbatdır” - DEPUTAT
Siyasət 13:13İran MDB-yə qoşulmaq istəyir?
Dünya 12:59Qadın hərbi kursantlarla görüş olub
Sosial 12:42Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTOLAR
Siyasət 12:39Tarixi dostluğa söykənən əməkdaşlıq - MƏQALƏ
Siyasət 12:30Sabah hava əsasən yağmursuz olacaq
Sosial 12:29Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
İqtisadiyyat 11:48Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİR
Siyasət 11:41BDYPİ-dən sürücülərə çağırış
Hadisə 11:18Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir
İqtisadiyyat 11:16Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb
İqtisadiyyat 10:42Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir
İqtisadiyyat 10:32Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:21Bu gün Culfanın bəzi kəndlərində işıq olmayacaq
Sosial 03:05"Mançester Siti" "Liverpul"u darmadağın etdi
İdman 02:21Azərbaycanda musiqiçi intihar edib
Hadisə 02:02Qazaxda "VAZ-21" yoldan keçən piyadanı vurub
Hadisə 01:22Üçüncü neft tankeri də minaya düşüb- SEPAH
Dünya 01:02Donald Tuska sui-qəsd etmək istəyən şəxs YAXALANIB
Dünya 11 Oktyabr 23:22Daha bir boksçumuz Avropa Çempionu oldu-TƏCİLİ
İdman 11 Oktyabr 23:03Makron enerji atəşkəsini dəstəkləyib Rusiyanı ittiham etdi
Dünya 11 Oktyabr 22:31Murad Boz Bakıda məşhur otel sahibinin oğlunun toyunda çıxış edəcək
Şou-Biznes 11 Oktyabr 22:19"Qarabağ" və "Turan Tovuz"dan QƏLƏBƏ
İdman 11 Oktyabr 22:02Klassik Mini qapısız çimərlik avtomobilinə çevrilib...
Texnologiya 11 Oktyabr 21:52Böyük itlərin ömrü qısadır..?
Maraqlı 11 Oktyabr 21:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9053
-0,21%
-
GBP
2,2514
-0,01%
-
RUB
1,9948
-0,25%



