Rusiya və ABŞ danışıqları başa çatıb

…Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqlar başa çatıb.

SİA-nın məlumatına görə, bu barədə jurnalist Yevgeni Popov Telegram kanalında bildirib.

Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daxildir. Danışıqlarda Vaşinqtonu dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib.

Bildirilir ki, danışıqlardan sonra Rusiya nümayəndə heyətinin mətbuat konfransı Moskva vaxtı ilə saat 15:30-a planlaşdırılıb.

Bundan əvvəl məlum olmuşdu ki, Moskva və Vaşinqton danışıqlar zamanı gələn həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın iştirakı ilə sammit keçirmək barədə razılığa gələ bilərlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə