ABŞ-də Vayominq ştatının cənub-qərbində baş verən ağır qəza nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər ağır yaralanıb. SİA xəbər verir ki, hadisə Svitvoter dairəsinin Qrin-River şəhəri yaxınlığında baş verib.
Hadisə ABŞ-da ikinci ən uzun dövlətlərarası magistral “I-80” yolunun (təxminən 4670 km) üzərində yerləşən tunellərin birində baş verib.
Yol Nyu-Cersi, Pensilvaniya, Ohayo, İndiana, İllinoys, Ayova, Nebraska, Vayominq, Yuta, Nevada, Kaliforniya ştatlarından keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə