Gürcüstan Kallasın bəyanatlarını ikiüzlü adlandırır

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və Avropanın Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Marta Kosun Gürcüstan qanunlarını tənqid edən bəyanatları ikiüzlüdür.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib. …Səhvləri etiraf etmək, zorakı mitinqləri pisləmək və Avropa Demokratiyaya Yardım Fondunun maliyyəsi ilə bağlı məlumatları açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar eşidirik.

Kallas və Kos bəyanatlarında Gürcüstanın demokratik standartlardan uzaqlaşdığını və Aİ-nin gözləntilərinə cavab vermədiyini qeyd ediblər.

Onlar deyirlər ki, Gürcüstan hökuməti müxalifəti yatırmaq üçün hədə-qorxu və zorakılığa əl atıb.

Onlar əlavə ediblər ki, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən dəyişikliklər “ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarını, həmçinin media azadlığını pozacaq”.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, Gürcüstanın Aİ ilə qeyri-sağlam münasibətlərinin səbəbi avropalı bürokratların respublikaya qarşı siyasətidir. Siyasətçi vurğulayıb ki, Tbilisi Brüssellə münasibətlərin hazırkı vəziyyətindən razı deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə