…Şənbə günü, fevralın 8-də, saat 13:50-də Voloqda vilayətinin Şeksninski rayonu üzərində təyyarə tipli dron aşkar edilərək məhv edilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Georgi Filimonov özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, qəza yerində təcili xidmətlər işləyir. Rəsmi PUA-nın mənsubiyyəti, modeli və ya mümkün uçuş məqsədi ilə bağlı başqa məlumat verməyib.
Daha əvvəl bildirilib ki, fevralın 8-nə keçən gecə Rusiyanın 4 vilayətində, o cümlədən Rostov vilayətində 18, Volqoqrad vilayətində 11, Belqorod vilayətində 5, Krasnodar vilayətində 2 olmaqla 36 pilotsuz təyyarə vurulub.
Hücum nəticəsində Rostov-na-Donuda 14 yaşayış binasına ziyan dəyib. Bu binaların bir sıra mənzillərində şüşələr sınıb, pəncərə çərçivələri zədələnib.
Mütəxəssislər bərpa işlərinə başlayıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə