Çin Trampın təhdidləri fonunda qeyri-qanuni miqrantları geri qaytaracaq
Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-da qeyri-qanuni olan vətəndaşlarını geri almağa razılaşıb.
SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekinin Birləşmiş Ştatlarda yaşayan sənədsiz vətəndaşları geri alıb-almayacağı ilə bağlı sualı cavablandırarkən, “Çin vətəndaşlığı yoxlanıldıqdan sonra təsdiqlənən insanları qəbul edəcək”-deyə bildirib.
Diplomat həmçinin vurğulayıb ki, Çin qeyri-qanuni miqrasiyanın istənilən formasını pisləyir. ABŞ hər gün qeyri-qanuni miqrantları ölkədən çıxarmağı planlaşdırır
Bundan əvvəl Çinin xarici işlər naziri Van Yi və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB