Sərxoş sürücülərin qeydiyyatı sadələşdirilsin..?

...Rusiya Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək kimi hüquqpozmanın qeydə alınması prosedurunu sadələşdirməyi təklif edən dəyişikliklər hazırlayıb.

SİA-nın məlumatına görə, “MVD Media” yazır ki, nazirlik hüquq-mühafizə orqanlarının fəaliyyətini təhlil edib və belə nəticəyə gəlib ki, bu gün sərxoşluq əlamətləri olan nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərkən üç-beş prosessual sənəd tərtib edilməlidir.

Bu halda, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılma və nəqliyyat vasitəsinin saxlanması haqqında protokolların tərtib edilməsi hər bir halda məcburidir.

Təhlil göstərib ki, bu cür protokolların tərtib edilməsi çox vaxt lazımsız olur.

Dəyişikliklər nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılma haqqında ayrıca protokolun və nəqliyyat vasitəsinin saxlanmasına dair protokolun hazırlanması ilə sxemin saxlanılmasını təklif edir,

Hazırda qanun layihəsi normativ hüquqi aktların layihələrinin dövlət portalında ictimai müzakirə prosedurundan keçir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə