...Rusiyada, “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının üzvü, Dövlət Dumasının deputatı Mixail Delyagin 2026-cı ildən Rusiyada malların pərakəndə satış qiymətlərinə dövlət nəzarətinin tətbiqini təklif edib. O, parlamentin aşağı palatasına müvafiq qanun layihəsi təqdim edib.
SİA xəbər verir ki, sənədə əsasən, konkret məhsul və ya region üçün başqa hal nəzərdə tutulmayıbsa, pərakəndə satış qiyməti istehsalçının qiymətindən və ya idxal olunan malın gömrük dəyərindən 2 dəfədən artıq olmamalıdır.
Delyagin izahat yazısında qeyd edib ki, dövlət son illər mağazalarda qiymət artımlarına çox az nəzarət edir. Onun sözlərinə görə, bu, milli təhlükəsizliyə potensial təhlükə yaradır və bu, xüsusilə döyüş şəraitində yolverilməzdir.
Deputat hesab edir ki, hazırda qiymət artımı bazar infrastrukturunun mükəmməl olmaması ilə bağlıdır.
Rus deputatın fikrincə, maksimum qiymət artımı təyin etmək lazımdır və dövlət orqanları malların qiymətlərinin artımını məhdudlaşdırmalıdır.
Yeri gəlmişkən, ekspertlər 2025-ci ildə ərzaq qiymətlərinin 20 faizə qədər artacağı ilə bağlı xəbərdarlıq ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə