“ABŞ son vaxtlar özünü çox pis aparır...”

Lukaşenko Trampı Nobel mükafatına namizəd göstərməyi təklif edib

Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə bəyan etdiyi kimi, dünya münaqişələrinə son qoya bilsə, Amerika lideri Donald Trampı Nobel mükafatına təqdim etməyə hazır olduğunu bildirib.

...Əgər siz sülhməramlısınızsa, müharibələrin olmaması üçün çalışın. Bunu edə bilərsiniz. Çünki bu müharibələri həmişə amerikalılar başlayıb. Və ya müharibələrə doğru itələyiblər. Əgər bunu etsən, yaxşı, Nobel mükafatı laureatı olmaq istəyirsən, biz də səni dəstəkləyəcəyik, tanıdacağıq.

SİA-nın əldə etdiyi məlumata görə, Lukaşenko bunu Minsk Avtomobil Zavodunun işçiləri ilə söhbəti zamanı deyib.

...Tramp yaxşı bilir ki, dünyada amerikalılarla yanaşı, həm də yaxşı yaşamaq istəyən 200-ə yaxın xalq var. Bunu deyən Belarus prezidenti, ABŞ-ın son vaxtlar özünü çox pis apardığını da diqqətə çatdırıb.

O əlavə edib ki, Birləşmiş Ştatlar bundan sonra qlobal hökmranlığı təmin edə bilməyəcək.

Xatırladaq ki, günün əvvəlində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib ki, prezident Donald Trampın komandası Rusiya nümayəndələri ilə təmasda olarsa, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-la dialoqa hazırdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə