...Cümə günü, yanvarın 10-da səhər saatlarında Kursk şəhərində 54 saylı məktəbə balaclava geyinmiş və əlində çəkic olan yeniyetmə içəri girib.
O, ön qapının pəncərəsini sındırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib.
Xinşteyn qeyd edib ki, hadisə səhər saat 8 radələrində baş verib və heç kim xəsarət almayıb.
O, baş verənlərin “ciddi suallar doğurduğunu” vurğulayıb. Məlum olduğu kimi, girişdə növbətçi olan mühafizəçi gəncin qarşısını ala bilməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə