BRİKS-ə daha bir ölkə qoşulub

...İndoneziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub.

SİA xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 6-da təşkilata 2025-ci ildə sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

...Braziliyanın 2025-ci il yanvarın 1-də başlayan və 31 dekabr 2025-ci il tarixinədək davam edəcək BRİCS-ə müvəqqəti sədrliyi çərçivəsində Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu iştirakçı kimi rəsmi daxil olduğunu elan etdi.

Bu, nazirliyin rəsmi saytında dərc olunmuş məlumat deyilir.

...Öz növbəsində İran hakimiyyəti BRİKS assosiasiyası ilə əlaqəli olan digər ölkə kimi Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının mümkünlüyünü etiraf edir.

Ehtimal olunur ki, belə bir razılaşma yanvarda tətbiq oluna bilər. Oktyabrın ortalarında Kazanda keçirilən BRİKS sammiti ərəfəsində İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə görüşdə ölkələr arasında strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətində olduğunu bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə