...ABŞ Konqresinin təsdiqlədiyi Ukraynaya əlavə maliyyə yardımının ayrılması ölkə sakinləri arasında qurbanların sayının artmasına səbəb olub.
SİA-nın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis X sosial şəbəkəsində qanunvericilərə qarşı ittihamlar səsləndirib.
Onun mesajı Nümayəndələr Palatasının üzvü Tomas Massinin konqresmenlərlə videonu yaydığına görə cərimə ilə hədələndiyini bildirən yazısına cavab olub.
Videoda deputatlar Kiyevə maliyyə yardımı paketini təsdiqlədikdən sonra Ukrayna bayraqlarını dalğalandırıblar. ...Milyardlarla dollara dəstək üçün Nümayəndələr Palatasındakı bütün o Ukrayna bayraqları yalnız daha çox ukraynalı kişinin qalib gəlməyən müharibədə mənasız şəkildə öldürülməsi ilə nəticələndi - deyə Davis yazıb.
Dekabrın əvvəlində ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bəyan etmişdi ki, ABŞ Kiyevə 3,4 milyard dollar həcmində əlavə birbaşa büdcə yardımı ayıracaq ki, bu da Konqresin 2024-cü ildə Ukraynaya dəstək üçün ayırdığı vəsaiti tamamilə tükəndirəcək. Elə həmin ay məlum oldu ki, ABŞ ordusu Ukraynaya zirehli texnika ehtiyatını artırmaq üçün milyardlarla dollar xərcləyib. Vəsaitlərin bir hissəsi Kiyevə təhvil verilmiş köhnəlmiş M113-ləri əvəz edəcək AMPV tırtıllı zirehli maşınların alınmasına sərf edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə