...Qondarma Avrasiya İqtisadi İttifaqının Ali Şurasının sammiti zamanı Ermənistan və Belarus nümayəndələri Paşinyan və Lukaşenko arasında atışma baş verib.
SİA-nın məlumatına görə, Lukaşenko görüşün 2025-ci ildə Minskdə keçirilməsini təklif edib, lakin Paşinyan dekabrın 26-da Rusiyada baş tutan sammit zamanı olduğu kimi, bu dəfə də Ermənistanın tədbirə yalnız videobağlantı vasitəsilə qoşulacağını bəyan edib.
Politoloq, “Good Politics” kommunikasiya agentliyinin partnyoru Maksim Djiqun “Kanal 24”də qeyd edib ki, Paşinyanın bəyanatı Putinə deyil, Lukaşenkoya ünvanlansa da, Kremllə birbaşa qarşıdurmadan danışmaq düzgün deyil, çünki hamı bunun mövcud olduğunu başa düşür.
...Maraqlıdır, Paşinyan nəyi nümayiş etdirir?
... Djiqunun iddiasına görə, Lukaşenko Putinin əlində bir oyuncaqdır. Ona görə də aydındır ki, Ermənistanla Rusiya arasında qarşıdurma indi vasitəçilər, xüsusən də Belarus vasitəsilə gedir.
Ermənistanla Rusiyanın KTMT ölkələri arasında illərdir ki, dostluq münasibətləri var, lakin müəyyən məqamda Ermənistan anladı ki, Rusiyanın qardaş və dost çiynini gözləməyə dəyməz.
Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi fonunda... Və təbii ki, bundan sonra Paşinyanın mövqeyi kökündən dəyişdi və tənqidi oldu.
Yenə də Maksim Djiqunun dediyinə görə, Nikol bu münasibətləri sonradan bərpa etmək üçün uğurlu bir an gözləmək üçün kölgəyə çəkilməyib və guya açıq şəkildə münaqişəyə girib..?
Paşinyan bu gün nümayiş etdirir ki, yenə də guya...Ermənistan beynəlxalq münasibətlərin subyekti, Qazaxıstandan fərqli olaraq öz inkişaf vektorunu, xüsusən də təhlükəsizlik və iqtisadi məsələlər kontekstində müstəqil qərar verə bilən “siyasi oyunçu”dur..?
Bunu da Djiqun deyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə