Uşaqların doğulması üçün yeni ödənişlər tətbiq ediləcək...

...Moskva vilayətində 2025-ci ildən etibarən üçüncü və sonrakı uşaqların doğulması üçün 300 min rubl ödəməyə başlayacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib. ...Gələn il biz demoqrafik göstəriciləri dəstəkləmək üçün yeni bir tədbirə başlayacağıq: üçüncü və sonrakı uşaqların doğulması zamanı 300 min rubl ödəniləcək.

Bunu rusyalı rəsmi deyib.

Bununla belə, ödənişlərin yalnız hər iki valideyninin 35 yaşına çatmamış gənc ailələrə veriləcəyini rayon rəhbəri vurğulayıb.

Həmin gün məlum oldu ki, Ulyanovsk vilayətində 2025-ci ildən başlayaraq hamilə tələbələrə 200 min rubl ödəməyə qərar veriblər.

Qeyd olunur ki, təhsil müəssisəsinə daxil olana qədər ən azı bir il rayon ərazisində yaşamış ali və kollec tələbələri tədbirdən yararlana biləcəklər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə