Səkkiz ərəb ölkəsinin İsraildən tələbi...

Səkkiz ərəb ölkəsinin (Bəhreyn, Misir, İordaniya, İraq, Qətər, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı) xarici işlər nazirləri İsraildən Qolan təpələrinin Suriya hissəsində yerləşən obyektlərdən qoşunlarını çıxarmağı tələb ediblər. . SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İordaniyanın Əqabə şəhərində nazirlərin görüşündən sonra qəbul edilmiş bəyanatda deyilir.

Misir Xarici İşlər Nazirliyi İsrailin Suriyadakı hərəkətlərini ölkənin suverenliyinin kobud şəkildə pozulması adlandırıb.

...Biz İsrailin qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonasına, eləcə də Hermon dağında, Quneytra və Dəməşq əyalətlərindəki bir sıra ərazilərə nüfuz etməsini pisləyir və vəhşi işğalı rədd edirik. Bu, beynəlxalq hüququ və Suriya ilə İsrailin 1974-cü ildə bağladığı qüvvələrin ayrılması haqqında sazişi pozur və İsrail qoşunlarının çıxarılmasını tələb edir.

Bu mətn İordaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi bəyanatda qeyd olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə