İsrail Hərbi Hava Qüvvələri Suriyanın hava hücumundan müdafiə sistemi sıradan çıxdıqdan sonra İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.
SİA-nın məlumatına görə, bu barədə “The Times of Israel” yazıb.
Qeyd edildiyi kimi, İsrail Müdafiə Qüvvələri Yaxın Şərqdə İranın etibarlı qruplarının zəifləməsindən və Suriyada Bəşər Əsəd rejiminin kəskin süqutundan sonra İranın nüvə obyektlərinə zərbələr endirmək imkanının yarandığı qənaətindədir.
Buna görə də İsrail Hərbi Hava Qüvvələri bu cür potensial zərbələrə hazırlığı artırmaqda davam edir.
...Qeyd olunur ki, zərbələr zamanı Suriyanın hava hücumundan müdafiə sistemlərinin 85 faizdən çoxu məhv edilib və bu, İsrail təyyarələri və dronlarına havada tam üstünlük verib.
İsrail ordusu həmçinin hesab edir ki, Əsəd rejiminin süqutundan və Livanda əsas müvəkkil qrupu Hizbullahın zəifləməsindən sonra təcrid olunmuş İran nüvə proqramını davam etdirə və nüvə çəkindirici qüvvəsini əvəz etmək üçün bomba hazırlaya bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə