Suriyanın yeni hökuməti bütün azlıqların müdafiəsini təmin edib. Və suriyalı qaçqınlar evlərinə qayıtmağa çağırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” xəbər verir.
Nəşr yazıb ki, Suriyanın yeni baş naziri diktator Bəşər Əsədi devirən alyansın bütün dini qrupların hüquqlarına “zəmanət verəcəyini” deyib və müharibədən qaçan milyonlarla insanı evlərinə qayıtmağa çağırıb.
Qeyd edək ki, Əsəd ötən həftə Heyət Təhrir əl-Şam (HTŞ) və müttəfiqlərinin başçılıq etdiyi ildırım hücumundan sonra Suriyanı tərk edib.
...“The Guardian” qeyd edib ki, Əsədin devrilməsi Suriyanı qeyri-müəyyənliyə sürüklədikdən sonra onun yeni hökmdarları ölkədəki dini azlıqların nümayəndələrini repressiya etməyəcəklərinə inandırmağa çalışırlar.
Onlar həmçinin Əsədin dəmir hakimiyyətinin qurbanlarına ədalət gətirəcəklərini vəd ediblər.
“Heyət Təhrir əş-Şam” lideri Əbu Məhəmməd əl-Colani kimi tanınan Əhməd əl-Şaraa çərşənbə günü məhbuslara işgəncə verməkdə iştirak edən məmurların əfv edilməyəcəyinə söz verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə