Rusiya-Ukrayna müharibəsinin həlli ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəyə başlayarkən onun xarici siyasətində əsas prioritet olacaq. Plan tez hərəkət etməkdir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Trampın Paris Match-ə müsahibəsinə istinadən məlumat yayıb.
…Düşünürəm ki, biz Rusiya ilə Ukrayna problemini həll etməliyik.
Qeyd edək ki, müsahibə Trampın noyabrın 7-də Fransaya səfəri zamanı lentə alınıb və noyabrın 11-də yayımlanıb.
…Bu ölkələrin hər ikisi heç kimin inana bilməyəcəyi məbləğləri itirirlər. Yüz minlərlə əsgər ölür, - deyə Tramp beynəlxalq səhnədəki əsas prioriteti ilə bağlı sualı cavablandırıb.
Onun sözlərinə görə, Yaxın Şərq də böyük prioritetdir, lakin “bu, Ukrayna və Rusiyadan daha az mürəkkəb vəziyyətdir”. …Ancaq bunlar həll etməli olduğumuz iki vəziyyətdir və bunu tez bir zamanda etməliyik. Çünki çoxlu insan ölür.
Bunu da Tramp deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə