Putin iki müdafiə nazirinin müavininə ordu generalı rütbəsi verib

Putin iki müdafiə nazirinin müavininə ordu generalı rütbəsi verib

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin iki müavininə ordu generalı rütbəsi verib.

SİA-nın məlumatına görə, müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Sənəddə qeyd olunur ki, Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremikin hərbi rütbə alıblar.

Bundan əlavə, Axmat xüsusi təyinatlılarının komandiri Apti Alaudinov general-leytenant rütbəsi alıb.

Bundan əvvəl Vladimir Putin hərbi hissəyə fəxri ad verib. Dövlət başçısının sərəncamı ilə 77-ci zenit-raket alayına “Mühafizəçilər” adı verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə