...Norveçin xarici işlər naziri Espen Bart Eide Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in iclasındakı çıxışını tənqid edib. O, həmçinin Qərb ölkələrini münaqişədə Ukraynanın qələbəsini təmin etməyə çağırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun bəyanatı Norveç hökumətinin saytında dərc olunub.
O bildirib ki, “heç kim heç kimi aldatmayacaq” və Qərb baş verənlərdən “tam şəkildə xəbərdardır”. Siyasətçi həmçinin Rusiyanı digər ölkələrin bütövlüyünə hörmətsizlik etməkdə ittiham edib.
Espen Bart Eide deyib ki, Ukrayna bu müharibədə qalib gəlməlidir və qalib gələcək.
Qeyd edək ki, bir müddət bundan əvvəl Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Maltaya gəlib.
...Və rusiyalı nazir çıxışı zamanı ATƏT-in faydasız olması ilə bağlı açıqlama verib.
...ATƏT-in Nazirlər Şurası təşkilatın əsas rəhbər orqanıdır və formalaşmış ənənəyə görə, dekabrın ilk həftəsində keçirilir. Bundan əvvəl Hollandiyanın müdafiə naziri Ukraynadakı real vəziyyət barədə məlumat vermişdi.
Bundan əvvəl isə Maltanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın vizasını ləğv etdiyi bildirilirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə