Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara görə Serbiyanın təşkilata üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinin açılmasına dair razılığa gələ bilməyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Serbiyanın Brüssel dövlət kanalı məlumat yayıb.
Baltikyanı ölkələr, Skandinaviya, həmçinin Xorvatiya və Hollandiya Serbiya ilə danışıqların davam etdirilməsinə qarşı çıxıblar.
Onlar hesab edirlər ki, Belqrad Avropa İttifaqı standartlarına uyğun siyasət aparmır, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.
Danışıqların davam etdirilməsinin əleyhinə olan ölkələr də Serbiyanın “müəyyən geosiyasi oriyentasiyaya” malik olduğuna inanırlar.
Bundan əlavə, onlar Belqradın öz ərazisi hesab etdiyi Kosovo problemini və qanunun aliliyi problemini önə çəkiblər.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç bildirmişdi ki, Belqrad müstəqil siyasət yürüdür və iki kresloda oturmağa çalışmır.
“Mənim yalnız bir kreslom var. İki stul yoxdur. Bu isə o deməkdir ki, biz öz qərarlarımızı özümüz veririk”, - deyə o bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə