Rutte NATO-da kəşfiyyat məlumatlarının paylaşılması planlarını açıqlayıb

NATO-ya üzv ölkələr Rusiya və Çindən gələn təhdidlərə görə kəşfiyyat məlumatlarının mübadiləsini artıracaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

Baş katib ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib ki, NATO müttəfiqləri daha çox kəşfiyyat məlumatlarının mübadiləsi və kritik infrastrukturun daha yaxşı qorunması da daxil olmaqla, bir sıra tədbirlər vasitəsilə bu təhlükələrə qarşı birgə işləməyə davam edəcəklər.

Blinken Rutteni dəstəkləyib və NATO ölkələrini hərbi əməkdaşlıqda birgə işləməyə çağırıb.

Bundan əvvəl Reuters xəbər vermişdi ki, NATO Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Kiyevi Şimali Atlantika Alyansına dəvət etmək çağırışına məhəl qoymayacaq. Agentlik mənbələrinin məlumatına görə, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında təşkilatın 32 üzvünün bu məsələdə konsensus əldə etdiyinə dair heç bir işarə yox idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə