Gürcüstan müxalifətlə danışıqların mümkünlüyünə münasibət bildirib

...Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədəki vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması imkanını istisna edib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Bundan əvvəl Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb Kobaxidzenin Tbilisinin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması məsələsini qaldırmayacağı və bu müddət üçün Avropa İttifaqından istənilən büdcə qrantlarından imtina edəcəyi barədə bəyanatı olub.

...Əlbəttə yox. Danışıq yoxdur, - deyə Gürcüstanın baş naziri müxalifətlə danışıqların mümkünlüyü barədə suala cavab verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə