Qəzzada ölənlərin sayı 44 min 466-ya yüksəlib

İsrail ordusunun qırğın törətdiyi Qəzza zolağında can itkisi 44 min 466-ya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 423 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “4 qırğın”da 37 nəfərin həyatını itirdiyi, 108 nəfərin isə yaralandığı bildirilib. Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 466-ya, yaralıların sayı isə 105 min 358-ə yüksəlib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə