Livandakı atəşkəsdən sonra bütün dünyanın gözləntisi Qəzzada silahların səsini kəsəcək bir razılaşma əldə etməkdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla belə, İsrailin baş naziri Netanyahu Qəzzada 14 aydır davam edən müharibəyə son qoymaq üçün razılığa gəlməyəcəklərini bildirib.
İsrail və Livanda Hizbullah arasında əldə olunan atəşkəs razılaşmasından sonra “Qəzzada atəşkəs mümkündürmü?” sualı beynəlxalq ictimaiyyətin gündəminə gəlsə də, İsrail və ABŞ mənbələrindən gələn siqnallar bu istiqamətdə müsbət irəliləyişlərin olmayacağını göstərir. Ölkə mətbuatına açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu “Qəzzada müharibəyə son qoymayacağıq” deyərkən, ABŞ rəsmiləri HƏMAS-ın siyasi rəhbərliyinin atəşkəsə daha mötədil münasibət bəsləsə də, İsrailin maraqlarını itirdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə