"Hizbullah" İsrailə 250-yə yaxın mərmi atdı

Livanın "Hizbullah" hərəkatı İsrailə 250-yə yaxın mərmi atıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib. ""Hizbullah" terror təşkilatı tərəfindən atılan 250-yə yaxın mərmi Livanın İsraillə sərhədini keçib", - Müdafiə Nazirliyi bildirib.

İsrail ordusu qeyd edib ki, onlar 24 noyabr saat 23:00-a olan statistikanı təqdim ediblər. Qurumdan əlavə edilib ki, ordu İsraili və onun sakinlərini "Hizbullah" təhlükəsindən qorumağa davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə